Aİ Ermənistanla razılığa gəldi - Rusiya kənarda qaldı

Aİ Ermənistanla razılığa gəldi - Rusiya kənarda qaldı

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş keçirilib. Əsas mövzu Ermənistanla Avropa İttifaqı (Aİ) arasında siyasi və iqtisadi tərəfdaşlığın gücləndirilməsi olub. 

 

Sfera.az xəbər evrir ki, bu barədə görüşdən sonra yayımlanan birgə bəyanatda qeyd olunur.

 

Tərəflər Aİ–Ermənistan tərəfdaşlığı üzrə siyasi razılığın əldə olunmasını ikitərəfli münasibətlərin dərinləşməsi prosesində əlamətdar hadisə kimi qiymətləndiriblər.

 

Bundan əlavə, vizaların liberallaşdırılması prosesi və Ermənistan parlamentində qəbul olunan “Avropa inteqrasiyası prosesinə başlamaq haqqında” qanun da müsbət dəyərləndirilib.
 

 

Avropa İttifaqı Ermənistanın dayanıqlı inkişafına dəstəyi davam etdirəcəyini bildirib. Bildirilib ki, Global Gateway strategiyası çərçivəsində Aİ-nin Ermənistana yatırdığı investisiyaların həcmi 2,5 milyard avroya çata bilər. 2024-cü ilin aprelində elan olunmuş 270 milyon avroluq sabitlik və inkişaf planı bu maliyyə yardımını 50% artırıb.

 


Görüşdə əsas müzakirə mövzularından biri də Ermənistanla Azərbaycan arasında sülh prosesi və Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasına dəstək olub. Liderlər Ermənistanın Qara dəniz strategiyası çərçivəsində Aİ-nin regional və iqtisadi təşəbbüslərinə daxil olmasının vacibliyini qeyd ediblər.

 

Xatırladaq ki, Ermənistan əvvəllər xarici siyasətində balans saxlayır, həm Avropa ilə yaxınlaşır, həm də Rusiyanın dominant mövqeyini qoruyurdu. Amma indi ilk dəfədir ki, İrəvan Aİ ilə açıq şəkildə strateji tərəfdaşlıq qurur, Rusiya isə bu proseslərdən tamamilə kənarda qalır.

 

Viza rejiminin ləğvinə doğru addımlar, Avropa ilə müdafiə və təhlükəsizlik sahəsində məsləhətləşmələrin başlanması, Aİ-nin Ermənistana 2.5 milyard avroluq investisiya paketi ayırması, Ermənistanın Avropa ilə inteqrasiyanı konstitusiya səviyyəsində qanuniləşdirməsi – bütün bunlar Ermənistanın artıq Moskva orbitindən çıxdığını təsdiqləyir.

 

Ermənistan rəhbərliyi, xüsusilə Paşinyan, Avropa ilə hərbi və informasiya təhlükəsizliyi sahələrində əməkdaşlığı genişləndirməyə, Rusiyanın təsir imkanlarını sıfırlamağa qərarlıdır.

 

Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) olan inamsızlıq fonunda daha da aktuallaşır.

 

Rusiya isə bu yaxınlaşmanı narahatlıqla izləyir. Moskva həm Ermənistandakı mövqeyinin zəiflədiyini, həm də Cənubi Qafqazda geosiyasi üstünlüyünü itirdiyini anlayır. Ermənistanın Qərbə üz tutması həm də Aİ və NATO-nun bölgəyə daxil olmasına şərait yaradır – bu isə Kremlin uzun illər qoruduğu "qırmızı xətt" idi.
 

 

Ermənistan Avropa ilə yaxınlaşmaqla sanksiyalardan yayınma mexanizmlərini bağlayır, Rusiya telekanallarının yayımına məhdudiyyət qoyur, Rusiyaya qarşı informasiya suverenliyini bərpa edir. Bütün bunlar Kremlin “erməni rəhbərliyinə qarşı sərt mövqe” nümayiş etdirməsinə səbəb olub.

 

Qısası, Ermənistan Rusiyanı arxa plana atıb, yeni strateji tərəfdaş olaraq Aİ-ni seçib. Bu isə bölgədəki güc balansına və gələcək proseslərə ciddi təsir edəcək.


OXŞAR XƏBƏRLƏR

Ermənlərin azərbaycanlı əsirlərə işgəncə verdikləri kadrlar məhkəmədə nümayiş etdirildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.   Mə...

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...