Rusiyada çimərliyə ildırım düşdü - 3 ölü, 3 yaralı

Dünya
16:06 / 14.07.2025
3471
Rusiyanın Tula vilayətinin Bunırevo kəndində çimərlikdə bədbəxt hadisə baş verib.
Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Oka çayının sahilində istirahət edən bir qrup insanı ildırım vurub.
Hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Bildirilib ki, hadisə yerli vaxtla 13:00 radələrində qeydə alınıb.