“Coca-Cola”nın məhsulları rəfdən yığışdırılır

ABŞ mərkəzli dünyaca məşhur içki istehsalçısı “Coca-Cola” bəzi məhsullarını satışdan yığışdırmaq qərarı ilə gündəmə gəlib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət Avropanın iri şüşə istehsalçısı “Coca-Cola Europacific Partners” (CCEP) ilə onun beynəlxalq satınalma alyansı “Epic” arasında yaşanan kommersiya mübahisəsi səbəbindən çətinliklərlə üzləşir. Məsələ beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.
“Epic”və “Coca-Cola” arasında aparılan danışıqlar nəticəsiz qalıb. Tərəflər, xüsusilə “əlavə şərtlər” adlandırılan məsələlərdə razılığa gələ bilməyiblər.
Mübahisə nəticəsində bəzi supermarket şəbəkələri “Coca-Cola” ilə əməkdaşlığı dayandırıb. Klassik “Coca-Cola” şüşələri kimi məşhur məhsullar hələlik təsirlənməsə də, daha az populyar bəzi içkilər artıq rəflərdən çıxarılıb. “Coca-Cola” şirkəti də bəzi məhsulların istehsalını müvəqqəti olaraq dayandırdıqlarını təsdiqləyib.
Fidan Hacızadə
Sfera.az