"ABŞ-nin Ukraynaya hərbi yardımı davam edir" - Peskov

"ABŞ-nin Ukraynaya hərbi yardımı davam edir" - Peskov

ABŞ Ukraynaya silah, sursat və hərbi texnika tədarük edib və bu prosesi davam etdirir. 

 

Sfera.az “İnterfaks” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

 

“Qiymətlər haqqında çox danışıldı. İndi belə görünür ki, bu tədarüklər Avropa tərəfindən ödəniləcək, bəziləri qarşılanacaq, bəziləri isə yox. Amma fakt odur ki, ABŞ-dan Ukraynaya silah, sursat və hərbi texnikanın tədarükü davam edib və davam edir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

 

Peskov bu fikirləri ABŞ prezidenti Donald Trampın “Patriot” zenit-raket komplekslərinin sonradan Ukraynaya təhvil verilməsi üçün Avropaya tədarükü ilə bağlı bəyanatını şərh edərkən səsləndirib.

 

Fidan Hacızadə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR