Tez-tez acmağınızın səbəbi budur


Tez-tez acmağınızın səbəbi budur

İnsanlar özlərini yalnız hiss etdikləri və ya hansısa daxili narahatlıq duyduqları zaman bu boşluğu yeməklə doldurmağa üstünlük verirlər.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu hiss emosional aclıq adlanır.

 

Əvvəlcə onu qeyd edək ki, bu da bulimiya xəstəliyinin bir növüdür. Bəzən problemin həlli üçün psixoloqa müraciət etmək lazım gəlir.

 

Emosional aclıq ilə fiziki aclığı bir-birindən necə ayırd etmək olar?

 

Emosional aclıq anidən ortaya çıxır və siz həmin an nəsə yeyib o hissi yox etmək istəyirsiniz. Fiziki aclıq isə yavas-yavaş yaranır. Emosional aclıqda mədə doysa belə, yenə də özünüzü ac hiss edirsiniz.

 

Əgər yemək yemək istəyi yaranıbsa bir dəqiqə dayanın və özününzə həqiqətən ac olub- olmadığınız barədə sual verin. Əgər cavab "yox" isə, bir stəkan su için və gözləyin. Əgər sualın cavabı "hə" olarsa o zaman aclıq hissinizi dəyərləndirin. Eyni zamanda son yemək saatını xatırlayın. Əgər son yeməyin üzərindən 3-4 saatdan artıq vaxt keçibsə, bu fiziki aclıq ola bilər. Emosional aclığın qarşısını almağın digər yolu isə yeni məşğuliyyətlər tapmaqdır.

 

Həmişə sağlam və balanslı şəkildə qidalanmağa çalışın. Gün ərzidə 4 – 5 dəfə yemək yeyin.  Ən vacibi isə səhər yeməyini yeməyi unutmayın. Qida rasionunuzda kəpəkli taxıllar, tərəvəz, meyvə, yağsız zülal və az yağlı süd məhsullarının olmasına diqqət yetirin.  Mütəmadi idmanla məşğul olun, təmiz havada gəzin. Yuxunuza diqqət edin. Çünki, yuxusuzluq da emosional aclıq yarada bilir.


OXŞAR XƏBƏRLƏR

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...

Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.   Sfera.az xəbər verir ki, k...

Araqçı: İran ABŞ ilə dialoqu bərpa etməyə hazırdır

Tehran həmişə nüvə proqramı ilə bağlı danışıqlara hazır olub və hazır olacaq, təbii ki, bu dialoq bərpa olunarkən ABŞ və digər ölkələrin hərəkətləri müharibəyə ...

Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlıq planı imzalayıb

Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, Ukrayna nümayə...

Çayda boğularaq ölən Səfiyənin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Zaqatalanın Yuxarı Tala kəndi ərazisində 2 yaşlı uşaq çayda boğulub.   Sfera.az-ın məlumatına görə, ...

Azərbaycanda iki il əvvəl itkin düşən yeniyetmənin qalıqları tapıldı

2023-cü il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun ...