Ərdoğandan PKK ilə bağlı paylaşım...

Dünya
18:29 / 11.07.2025
3974
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terrorçularının silahı yerə qoyması ilə bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.
Sfera.az xəbər verir ki, Türkiyə lideri ilk dəfə bununla bağlı açıqlama yayıb.
“Terrorsuz Türkiyə hədəfimizə doğru gedən bu yolda bu gün atılan addımın xeyirə vəsilə olmasını arzu edirəm. Ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və regionumuzda daimi sülhün təsisi üçün getdiyimiz bu yolda Allah məqsədlərimizə çatmağı bizlərə nəsib etsin”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyənin 41 ildir mübarizə apardığı PKK terror təşkilatı bu gündən silahı yerə qoymağa başlayacaq.