"Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm”

Dünya
17:29 / 11.07.2025
4767
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı "əsas və böyük bir bəyanat" verməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə o, iyulun 10-da NBC News-a verdiyi eksklüziv müsahibədə açıqlama verib.
Tramp bildirib ki, bazar ertəsi günü Rusiya ilə əlaqədar geniş ictimaiyyətə açıqlanacaq ciddi bəyanatla çıxış edəcək. O, bəyanatın detalları ilə bağlı əlavə məlumat verməyib.
Tramp Rusiya ilə bağlı münasibətlərdə məyusluğunu ifadə etsə də, "yaxın həftələrdə nə olacağını görəcəyik", - deyə vurğulayıb.