Rusiya Azərbaycan məhsullarını belə məhv etdi - VİDEO

Dünya
10:59 / 11.07.2025
4194
Krasnodar diyarında Kənd Təsərrüfatına Nəzarət Xidməti tərəfindən Azərbaycandan gətirilmiş 18 ton təzə şaftalı və nektarin məhv edilib.
Sfera.az xəbər verir ki, rəsmi məlumata görə, meyvələrin tərkibində Rusiya kənd təsərrüfatı üçün təhlükəli sayılan Qərb çiçək tripsi adlı zərərverici aşkarlanıb.
Bu səbəbdən Rosselxoznadzor meyvələrin ölkəyə idxalını qadağan edib və bütün məhsullar yerindəcə məhv olunub.
Bundan əlavə, Azərbaycandan gətirilən 15 ton pomidorda da karantin zərərvericisi olan Cənubi Amerika pomidor mulu (Tuta absoluta) aşkar edilib.