Məhkəmə Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verdi

Məhkəmə Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verdi
Kateqoriya məlum deyil
T

Paris Apellyasiya Məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğu haqda açıqlamalar verməkdə təqsirli bilinən jurnalist Nataşa Reyə bəraət verib.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə Reyin vəkili Fransua Danqlean “X” sosial şəbəkəsində məlumat verib.

 

“Nataşa Reyin Bricit və Jan-Mişel Tronye üzərində qələbəsi: apellyasiya məhkəməsi Nataşa Reyə bəraət qazandırdı”, - o bildirib.

 

Qeyd olunur ki, Rey indi Fransa rəhbərinin həyat yoldaşını dələduzluqda ittiham edərək, onu məhkəməyə vermək niyyətindədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR