"Rusiya ilə bağlı böyük açıqlama verəcəm" - Tramp

Dünya
09:00 / 11.07.2025
5753
ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcək.
Sfera.az xəbər verir ki, o bu barədə “NBC News” telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm”, - o deyib.
Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüat açıqlamayıb.
“Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik”, - Tramp əlavə edib.