Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimir Putin və Vladimir Zelenski arasında görüşün müzakirəsinə başlaya bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.

 

“İkinci görüşdə İstanbulda əldə olunan razılaşmalar başa çatdırılmalıdır. Düşünürəm ki, yaxın gələcəkdə müvafiq addımlar atılacaq. Yalnız bundan sonra komandalar liderlərin görüşünü müzakirə edə bilər”, - deyə o bildirib.


OXŞAR XƏBƏRLƏR