Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

Dünya
19:40 / 10.07.2025
5759
Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlar davam etdiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə husilərin lideri Əbdül Malik əl-Husi deyib.
Qeyd edək ki, bir neçə gün öncə husi üsyançıları Qırmızı dənizdə Yunanıstana məxsus “Eternity C” gəmisinə hücum etmişdi.