Zelenski Rusiyanı hədələdi

Zelenski Rusiyanı hədələdi

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib.

 

Ötən gecə Rusiya Ukraynaya hücumunda 400 dron və 18 raketdən istifadə edib.

 

Zelenski hücumla bağlı məlumat yayıb

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" hesabında bildirib.

 

Onun sözlərinə görə, dronların 200-ü "Şahed" tipli dronlar olub:

 

Hücumlar nəticəsində insan tələfatı olub

 

"Hücumların əsas hədəfi Kiyev olub. Bundan başqa Poltava, Kirovoqrad, Sumı və Çerniqov bölgələrinə də hücumlar edilib. Kiyevdə iki nəfər həyatını itirib. Son məlumata görə, 16 nəfər xəsarət alıb", - Ukrayna Prezidenti qeyd edib.

 

Zelenski sanksiyaların artırılmasına çağırıb

 

Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb və Ukraynanın cavab zərbələri endirəcəyini bəyan edib.

 

Ukrayna müdafiəsini gücləndirmək üçün danışıqlar aparır

 

O qeyd edib ki, Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir: "Bu gün mən tərəfdaşlarla, xüsusən də "İstəklilər Koalisiyası" çərçivəsində dronların istehsalı və Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün əlavə maliyyə haqqında danışacağam. Məqsədlər tamamilə aydındır. Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir".  /APA 


OXŞAR XƏBƏRLƏR