Türkiyəli tanınmış müğənni vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Türk musiqisinin və səhnə sənətinin unudulmaz simalarından biri olan Rüçhan Çamay 94 yaşında dünyasını dəyişib.
Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, xəbəri sənətçinin qızı, tanınmış müğənni Melike Demirağ sosial media hesabında paylaşıb.
O, paylaşımında anasına olan sevgisini bu sözlərlə ifadə edib: "Anam, yoldaşım... Sənsiz çox çətin olacaq" .
Səsi və səhnə performansı ilə uzun illər musiqi və kino aləminə töhfələr verən Rüçhan Çamay xüsusilə "Para Para Para", "Gönlüm Çok Zengin" və "Ne Haber" mahnıları ilə tanınırdı.








