Pakistan və Hindistanda ölənlərin sayı 100-ə çatır


Pakistan və Hindistanda ölənlərin sayı 100-ə çatır

Pakistanın Pəncab və Bəlucistan əyalətlərində və Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında güclü musson yağışlarının yaratdığı daşqınlar insan tələfatı ilə nəticələnib.

 

Sfera.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölənlərin sayı Pakistanda 11, Hindistanda isə 85-ə yüksəlib.

 

Məlumata görə, sel suları altında qalan insanların axtarış-xilasetmə işləri davam etdirilir.

 

Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları xüsusilə də Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə səbəb olur.


OXŞAR XƏBƏRLƏR