Məhkəmə Cənubi Koreyanın keçmiş prezidentinin həbsinə order verdi

Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun həbsinə order verib.
Sfera.az xəbər verir ki, bu barədə “Yonhap News” məlumat yayıb.
“Seul məhkəməsi keçmiş prezident Yun Sok Yolun hərbi vəziyyətin tətbiqinə uğursuz cəhdi ilə bağlı həbs qərarı çıxarıb”, - məlumatda deyilir.
Xatırladaq ki, Yun Sok-Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq ötən il dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.
Dekabrın 14-də Cənubi Koreya qanunvericiləri prezidentin impiçmentini dəstəkləyiblər. Baş nazir Han Deok Su dövlət başçısı vəzifəsini icra edib. Bildirilib ki, prezidentin vəzifəsindən kənarlaşdırılmasının lehinə 204 deputat, əleyhinə isə 85 deputat səs verib.(Qafqazinfo)