Ukraynaya rekord sayda PUA hücumu oldu

Ukraynaya rekord sayda PUA hücumu oldu

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri (AFU), Ukrayna ərazisinə pilotsuz uçuş aparatları ilə rekord həcmdə hücum həyata keçirildiyini bildirib. 

 

Sfera.az xəbər verir ki, bu barədə məlumat AFU-nun rəsmi Telegram kanalında paylaşılıb. Qurumun məlumatına görə, Ukraynaya ümumilikdə 728 ədəd “Şahed” tipli və digər növ pilotsuz uçuş aparatı, həmçinin yeddi “İskəndər-K” qanadlı raketi və altı “Kinjal” aeroballistik raketi ilə hücum edilib.

 

Hücumların əsas zərbəsi Ukraynanın qərbində yerləşən Volın vilayətinin Lutsk şəhərinə dəyib.

 

Xatırladaq ki, bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiya qoşunlarının Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini dəstəkləyən qaz və enerji infrastruktur obyektlərinə zərbələr endirdiyini açıqlamışdı. Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın 133 müxtəlif rayonunda Ukrayna qoşunları və xarici muzdluların müvəqqəti yerləşmə məntəqələrinə zərbələr endirdiyi bildirilir.

 

Həmçinin iyulun 6-da Rusiya hərbi rəhbərliyi son 24 saat ərzində Ukrayna hərbçilərinin və xarici muzdluların müvəqqəti bazalarına hava zərbələri endirildiyini bəyan edib.

 

Fidan Hacızadə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR