Ermənistanda hərbi hissədə mərmi partladı – 8 hərbçi YARALANDI

Ermənistanda hərbi hissədə mərmi partladı – 8 hərbçi YARALANDI
Kateqoriya məlum deyil
T

Ermənistanda hərbi hissədə mərmi partlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.
 

Hadisə ötən gün təlim zamanı baş verib. Armlur.am saytının verdiyi məlumata əsasən, ümumilikdə 8 nəfər xəsarət alıb. Onların arasında təlim iştirakçıları ilə yanaşı, təlimi keçirən polkovnik-leytenant da var.
 

Partlayışın səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
 

Yaralıların hərbi hospitalın nəzarəti altında olduğu deyilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR