Ukrayna 20-yə yaxın ölkədə səfirini dəyişir

Dünya
00:21 / 09.07.2025
1564
Ukrayna hakimiyyəti 20-yə yaxın səfirini, o cümlədən ABŞ-dakı, həmçinin G7 və G20 ölkələrindəki səfirini dəyişdirmək niyyətindədir.
Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Nazir Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanı ən uğurlulardan biri adlandırıb və səfirlik işçilərinin rotasiyasının diplomatiya üçün yeni nəfəs olduğunu vurğulayıb:
“Oksana Markarova bizim ən uğurlu səfirlərimizdən biridir. Son dərəcə təsirli, xarizmatikdir. Lakin, yəqin ki, hər bir diplomatın rotasiya dövrü var. Ona görə də bu məsələ gündəmdədir".