Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Dünya
21:21 / 08.07.2025
3866
Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.
Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndində ərazisindən keçən hissəsində aşkar edilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meytin kanaldan çıxarılması istiqamətində işlər görülür.
Faktla bağlı araşdırmaya başlanılıb.