Seyran Ohanyana qarşı cinayət işi açıldı

Seyran Ohanyana qarşı cinayət işi açıldı
Kateqoriya məlum deyil
T

İstintaq Komitəsi Ermənistan parlamentində müxalifətçi "Ermənistan" fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi açıb.

 

Sfera.az xəbər verir ki, bu barədə News.am portalı məlumat yayıb.

 

“Onun barəsində həbs-qətimkan tədbiri qismində şəhəri tərk etməmək barədə yazılı iltizam seçilib”, - deyə idarədən bildirilib.

 

Müxalifət liderinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatlar təqdim etməkdə ittiham olunduğu bildirilir.

 

Oqanyan ifadə verməkdən imtina edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR