Putin ölkəyə yeni nəqliyyat naziri TƏYİN ETDİ

Dünya
18:20 / 08.07.2025
4327
Rusiya Prezidenti Vladimir Putin yeni nəqliyyat naziri təyin edib.
Sfera.az xəbər verir ki, o, bu vəzifəyə Andrey Nikitini gətirib.
Qeyd edək ki, Nikitin fevral ayından Rusiyanın nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl o, 2017-ci ildən Novqorod vilayətinə rəhbərlik edib, sonradan öz xahişi ilə bu vəzifədən azad edilib. Nikitin, bundan əvvəl Strateji Təşəbbüslər Agentliyinə rəhbərlik edib.
Xatırladaq ki, ötən gün vəzifəsindən çıxarılan Rusiyanın nəqliyyat naziri Roman Starovoyt intihar etmişdi.