Bu səbəbdən 3 ildir filmlərə çəkilmir

Dünya
00:13 / 08.07.2025
3549
Məşhur Hollivud aktyoru Maykl Duqlas "Karlovy Varı" kinofestivalında 2022-ci ildən bəri heç bir filmdə rol almadığını bildirib.
Sfera.az xəbər verir ki, o, fasilə verməsinin səbəbləri arasında boğaz xərçəngi və uzun illər davam edən yorucu iş qrafikini göstərib.
"Xərçəngin 4-cü dərəcəsindən əziyyət çəkən Duqlas, kimyaterapiya və şüa müalicəsi aldığını, lakin əməliyyat olunmadığını qeyd edib:
“Əgər əməliyyat olunsaydım, danışa bilməzdim və karyeram bitərdi".
80 yaşlı Duqlas bildirib ki, şəxsi qərarı ilə çəkilişlərdən uzaqlaşıb:
“Demək olar 60 ildən çox çalışdım və çəkiliş meydançasında yerə yıxılıb ölən aktyorlardan olmaq istəmirəm. Əgər xüsusi bir layihə olarsa, qayıdarım, amma başqa cür yox".