Rusiya Odessanı vurdu


Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.

 

Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olub. Yerli hakimiyyət orqanlarının açıqlamasına görə, hücum mülki infrastruktura ciddi ziyan vurub. Partlayışların təsirindən binalarda dağıntılar yaranıb, bəzi tikililərdə yanğın baş verib. Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub.

 

Odessa vilayət administrasiyası bildirib ki, hücumun əsas hədəfi şəhərin logistika və nəqliyyat sahələrinə aid obyektlər olub. Zərbələr nəticəsində həm də enerji infrastrukturuna da ziyan dəydiyi qeyd edilir.

 

Hazırda dağıntıların miqyası və maddi zərərin həcmi ilə bağlı araşdırmalar aparılır. Yerli əhali arasında təşvişin artdığı, bəzi sakinlərin təhlükəsizlik səbəbilə sığınacaqlara üz tutduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR