Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı

Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb.

 

Sfera.az APA-a istinadla xəbər verir ki, birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb.

 

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb.

 

O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.

 

Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.

 

Onun qida zəhərlənməsindən və ya digər başqa səbəbdən ölümü araşdırılır.

 

Hüquq-mühafizə orqanlarına məlumat verilib, cənazənin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.


OXŞAR XƏBƏRLƏR

“Atamın arvadımı qətlə yetirəcəyini düşünməzdim”

Qobustan rayonunun Təklə kəndində törədilən qətlin təfərrüatları məlum olub.   Sfera.az xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş veri...

Müşavirədə Ermənistanla demarkasiya planları müzakirə edildi

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX...

Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı

Bu gün Bakı məhkəməsi "Sputnik"in jurnalistləri İqor Kartavıx və Yevgeni Belousovun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı ape...

“Qarabağ” 4 qol vurub məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib.   Sfera.az  xəbər verir ki, Qurban Qurbanovun baş məş...

Albalı və gilas bahalaşdı -QİYMƏTLƏR

Meyvə bazarında bolluq var, qiymətlər isə əl yandırır. Sfera.az xəbər verir ki, əriyin kiloqramı 2-3 manat, gilasın kilosu 10-15 manatdır.   ...

Abşerondakı partlayışda 3 nəfər yanıq xəsarəti alıb -TƏBİB

Saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayı...