Logo

Tramp bu ölkələri rüsumla hədələdi

Tramp bu ölkələri rüsumla hədələdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp BRİKS blokunun “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələrin əlavə 10% rüsumla üzləşəcəyini bildirib.

Sfera.az xəbər verir ki,  bu barədə o, "Truth Social" hesabında yazıb.

"BRİKS anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə əlavə 10% tarifə tabe olacaq. Bu qaydada heç bir istisna olmayacaq. Bu məsələyə diqqət etdiyiniz üçün təşəkkür edirik!", -  Tramp qeyd edib.

ABŞ prezidenti BRİKS-in “antiamerikan siyasəti” dedikdə konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Xatırladaq ki, BRİKS qrupuna əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çin daxil idi. Liderlər ilk dəfə 2009-cu ildə görüşüblər. Daha sonra Cənubi Afrika bloka, ardınca isə ötən il Misir, Efiopiya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qoşulub.

Onu da qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkəyə yeni idxal tarifləri sistemi tətbiq edib.

(unikal.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR