Moskvada azərbaycanlı qanuni oğru saxlanılma anı - VİDEO

Dünya
21:41 / 03.07.2025
4095
Moskvada ən nüfuzlu “qanuni oğrulardan” biri hesab olunan azərbaycanlı Vaqif Süleymanov saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mənbələri yayıb.
İddialara görə, Vaqif Süleymanov uzun illərdir kriminal aləmdə tanınır və postsovet məkanında geniş əlaqələrə sahibdir. Onun Moskvada xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir.
Rəsmi qurumlardan hələlik məsələ ilə bağlı açıqlama verilməyib. Hadisənin detalları və saxlanmanın səbəbi araşdırılır.