İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumatlara əsasən, İtaliyanın müxtəlif bölgələrində günəş altında işləyən və istirahət edən 6 nəfər həyatını itirib. Güclü susuzluq və istilə əlaqəli sağlamlıq problemləri səbəbilə xəstəxanaya yerləşdirilən ən azı 10 yaşlı şəxs isə müalicə aldıqları müəssisələrdə dünyasını dəyişib.
Paytaxt Roma da daxil olmaqla bir çox şəhərdə elektrik şəbəkəsində həddindən artıq yüklənmə səbəbindən tez-tez işıqlar sönür. Bununla yanaşı, Romada bir neçə məhəllədə yanğınların baş verdiyi qeyd olunub.
Bu gün ölkənin 18 şəhərində yüksək istilə bağlı qırmızı xəbərdarlıq elan olunub. Cənubi İtaliyada temperaturun 40 dərəcəni keçəcəyi proqnozlaşdırılır. İsti hava səbəbilə Milan və Venesiyanı birləşdirən əsas avtomobil yolu bir neçə saatlıq bağlanıb.
Havanın həddindən artıq qızması nəticəsində bir çox yolda asfalt əriyib. Yol infrastrukturunun bərpası üçün fövqəladə tədbirlər görülür.
Rəsmi qurumlar və səhiyyə orqanları vətəndaşları diqqətli olmağa, mümkün qədər günəş altında qalmaqdan çəkinməyə çağırır.
Bəsti Rəfizdə
Sfera.az