Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

Dünya
20:43 / 30.06.2025
5466
Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlara görə təxminən 73 min nəfər təxliyə olunub.
Sfera.az xəbər verir ki, bu barədə əyalətin təbii fəlakətlərlə mübarizə qərargahı məlumat yayıb.
Bildirilib ki, Quycou əyalətində isə 41 min sakin təxliyə edilib. Yağış bölgədə fəsadlar törədib. Güclü yağış, sel və daşqınla əlaqədar “qırmızı xəbərdarlıq” elan olunub. Təbii fəlakətlə mübarizəyə 8 mindən çox canlı qüvvə cəlb edilib.
Qeyd edək ki, yağışlar Çinin mərkəz, şərq və cənub hissələrində, xüsusilə də Quandon, Anhuy, Hubey, Sıçuan, Hunan, Quansi, Hınan və Quycou əyalətlərində, həmçinin Çonçin şəhərində böyük fəsadlar törədib.