Türkiyənin bu vilayətində meşə yanğınları başladı

Dünya
17:51 / 30.06.2025
4017
Türkiyənin Hatay vilayətinin Antakya rayonunda yaşayış massivləri yaxınlığında meşə yanğınları başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, güclü külək səbəbindən yanğın sürətlə ətrafa ərazilərə yayıldığı üçün 1500-ə yaxın sakin evlərindən təxliyyə edilib. Həmçinin, yanğın rayon məzarlığına da ciddi ziyan vurub.
Hazırda havadan və qurudan yanğının söndürülməsi işləri davam etdirilir.
Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.