Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun vaxtı tezliklə açıqlanacaq

Dünya
16:45 / 30.06.2025
5311
Rusiya ilə Ukrayna arasında gedən müharibədə atəşkəsə dair diplomatik səylər davam edir. Kreml sözçüsü Dmitri Peskov üçüncü danışıqlar raundunun tarixinin yaxın zamanda dəqiqləşəcəyini bildirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov qeyd edib ki, Ukrayna tərəfi münaqişənin dayandırılması üçün lazım olan addımları yaxşı bilir:
“Prezident Putin bu şərtləri hələ bir il əvvəl açıqlayıb”, – deyə o vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az