Tramp əsəbiləşdi: "Saxtakara deyin ki..."

Tramp əsəbiləşdi: "Saxtakara deyin ki..."

ABŞ Prezidenti Donald Tramp, İranla əlaqələrə dair yeni açıqlama verib. O, ABŞ hərbi qüvvələrinin İranın üç nüvə obyektinə hava zərbələri endirməsindən sonra Tehranla əlaqə qurmadığını və heç bir təklif vermədiyini bildirib.

 

Sfera.az xəbər verir ki, Tramp bu fikirləri özünə məxsus “Truth Social” sosial media platformasında paylaşıb. O, Demokrat Partiyasından olan senator Kris Kunsa cavab verərək bildirib ki, keçmiş prezident Barak Obamadan fərqli olaraq İranla heç bir saziş bağlamayıb və onlara maliyyə dəstəyi göstərməyib:


“Saxtakar Demokrat Kris Kunsa deyin ki, mən artıq vaxtı keçmiş və İranı nüvə silahına aparan Ortaq Fəaliyyət Planına milyardlarla dollar verən Obama kimi deyiləm. Mən onlara heç nə təklif etməmişəm və nüvə obyektlərini tamamilə məhv etdikdən sonra İranla heç danışmamışam”.


Qeyd edək ki, 2015-ci ildə imzalanan “Ortaq Fəaliyyət Planı”na əsasən, İranın nüvə proqramı beynəlxalq nəzarətə alınmalı, bunun müqabilində iqtisadi sanksiyalar ləğv edilməli idi. Tramp administrasiyası 2018-ci ilin may ayında bu sazişdən geri çəkildiyini elan etmişdi.

 

Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR