Ukrayna ordusunun ən böyük çatışmazlığı budur

Dünya
10:06 / 29.06.2025
3913
Ukraynanın istehsalına başlamağı planlaşdırdığı "Sapsan" ballistik raketi artıq indi cəbhədə yüksək tələbat görür, çünki taktiki dərinlikdə güclü zərbə vasitələrinin çatışmazlığı kəskin şəkildə hiss olunur.
Sfera.az xəbər verir ki, bunu Ukraynanın hərbi-analitik qrupu “Frontelligence İnsight” yazıb.
Qeyd olunub ki, böyük kamikadze dronlar belə, belə hədəfləri məhv etmək üçün yararsızdır, çünki onların döyüş başlıqları zəifdir və uçuş sürəti aşağı olduğundan düşmən təhdidə cavab vermək üçün vaxt tapır.
“Rusiyanın istifadə etdiyi qısa mənzilli raketlər – məsələn, “İsgəndər”lər, eləcə də Şimali Koreyaya məxsus KN-23 və KN-24 raketləri isə bu problemi öz tərəflərində aradan qaldırmağa kömək edir”, - analitikdə vurğulanıb.