Türkiyədə daş karxanasında uçqun olub, ölən və yaralananlar var

Dünya
17:18 / 28.06.2025
4638
Türkiyənin Ərzurum əyalətinin Oltu rayonundakı daş karxanasında baş verən uçqun nəticəsində, ilkin məlumata görə, bir fəhlə ölüb, ikisi ağır yaralanıb.
Sfera.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, hadisə yerinə çox sayda tibb işçisi, yanğınsöndürən, fövqəladə hallar xidməti və jandarma heyəti cəlb olunub.
Məlumata görə, Ərzurum valisi Mustafa Çiftçi də bölgəyə gedib.