Mişustinin müavini: "Rusiya Türkiyədə AES-in tikintisində iştirak edə bilər"
Kateqoriya məlum deyil
Rusiya Türkiyədə atom-elektrik stansiyasının tikintisində iştirak edə bilər.
Sfera.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, hazırda tikintinin məqsədəuyğun olub-olmaması, eləcə də Türkiyə tərəfi ilə qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq modellərinin tapılması istiqamətində iş aparılır.






