1220-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Dünya
18:06 / 27.06.2025
2992
Rusiya müharibənin 1220-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 65 806 PUA-sı, 612 zenit-raket kompleksi, 24 059 tank və digər zirehli texnikası, 1 572 reaktiv yaylım atəş sistemi, 26 656 artilleriya və minaatanı, 37 365 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.