Rusiya və İran arasında uçuşlar bərpa edildi


Rusiya və İran arasında uçuşlar bərpa edildi

İranın ən böyük özəl aviaşirkəti olan “Mahan Air” Məşhəddən Moskvaya uçuş həyata keçirib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Sputnik İran” məlumat yayıb.

 

Məlumata görə, təyyarə səhər saatlarında Şeremetyevo hava limanına eniş edib.

 

Qeyd edək ki, ölkələr arasında uçuşlar iyunun 13-də dayandırılmışdı. İran İsrailin aviazərbələrindən sonra öz hava məkanını bağlamışdı.


OXŞAR XƏBƏRLƏR