Rusiya və İran arasında hava əlaqəsi bərpa edildi

Dünya
17:05 / 27.06.2025
2523
İranın ən böyük özəl aviaşirkəti olan "Mahan Air" Məşhəddən Moskvaya (Rusiya) uçuş həyata keçirib, təyyarə səhər saatlarında Şeremetyevo hava limanına eniş edib.
Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, ölkələr arasında uçuşlar iyunun 13-də dayandırılmışdı - İran İsrailin aviazərbələrindən sonra öz hava məkanını bağlamışdı.
"Rosaviasiya" Rusiya aviaşirkətlərinə iyunun 26-na qədər İsrail, İordaniya, İraq və İranın hava məkanında uçuşlar həyata keçirməyi qadağan etmişdi.