Logo

Ermənistan polisi Mikael Ajapaxyanı həps edə bilməyib

Ermənistan polisi Mikael Ajapaxyanı həps edə bilməyib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Milli Təhlükəsizlik Xidməti və polisi Eçmiədzin ərazisini tərk edib.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu gün arxiyepiskop Mikael Ajapaxyanın saxlanması haqqında qərarın icrası zamanı Eçmiədzin ərazisində vətəndaşların toplanması qeydə alınıb.

Milli Təhlükəsizlik Xidməti və polis vəziyyətin qəsdən gərginləşdirilməsinin qarşısının alınması üçün ərazini tərk etmək qərarına gəlib.

MTX vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə, hüquq-mühafizə orqanlarının qanuni qərarlarının icrasına mane olmamağa, arxiyepiskop Mikael Ajapaxyanı isə hüquq-mühafizə orqanlarından gizlənməməyə çağırıb.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR