Ermənistan xüsusi təyinatlıları II Qareginin iqamətgahına daxil olublar - VİDEO

Ermənistan xüsusi təyinatlıları II Qareginin iqamətgahına daxil olublar - VİDEO

Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verib.

 

Sfera.az xəbər verir ki, bunu vəkil Ara Zoqrabyan bildirib. 


  
Qeyd edilib ki, Mikael Ajapaxyan İstintaq Komitəsinə çağırılıb, daha sonra onun həbsi ilə bağlı məhkəməyə vəsatət veriləcək.

 

Artıq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlıları erməni kilsəsinin başçısının iqamətgahının ərazisinə daxil olublar.

 

Bu barədə yerli KİV məlumat yayıb.


  
Bütün ermənilərin katolikosu II Qaregin özü təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb.

 

 

 


OXŞAR XƏBƏRLƏR