Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb

İyunun 27-si səhər saatlarında 30-a yaxın maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın iqamətgahına basqın edib.
Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə vəkil Miqran Poqosyan məlumat verib.
Arxiyepiskopun özü bildirib ki, həqiqətən də, onun iqamətgahına basqın cəhdi olub, lakin özü orada olmayıb.
Qeyd edək ki, bundan əvvəl yeparxiyanın rəhbəri arxiyepiskop Mikael Adjapaxyana qarşı hakimiyyəti ələ keçirmək üçün ictimai çağırışlar əlamətləri üzrə cinayət işi qaldırılıb.
Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi "Müqəddəs mübarizə" üzvlərinin Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlaması barədə məlumat yayıb. Hərəkatın lideri Baqrat Qalstanyanın və onun tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Elə həmin gün axşam saatlarında məhkəmə onları həbs edib.






