Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efiopiyanın Afar bölgəsinin dərinliklərində “ürək döyüntüsünə” bənzər yeraltı titrəyişlər qeydə alınıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu ritmik hərəkətlər manto qayasının səthə doğru qalxmasına səbəb olaraq, qitənin tədricən ayrılmasına yol açır.
 

Alimlərin fikrincə, bu proses davam edərsə, Somali, Efiopiyanın bəzi hissələri, Keniya və Tanzaniyanın bir bölümü ayrılaraq yeni bir qitə formalaşdıracaq. Yeni

yaranacaq qitə öz sahil xətti və okeanı ilə mövcud olacaq.
 

“Nature Geoscience” jurnalında yayımlanan araşdırmada qeyd olunur ki, Afarın altındakı manto sabit deyil və bu döyüntülər tektonik plitələrə təzyiq edərək ayrılmanı sürətləndirir. Afar bölgəsi dünyanın üç böyük tektonik fay xəttinin kəsişdiyi nadir nöqtələrdən biridir.
 

Alimlər bildirir ki, yeni okeanın yaranması milyonlarla il davam edəcək, lakin bu dəyişiklik artıq zəif çatlar və zəlzələlərlə hiss edilməyə başlayıb.


Bəsti Rəfizadə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...