Karqo gəmisi yandı: 3 mindən çox avtomobil batdı

Dünya
19:31 / 26.06.2025
1999
ABŞ-də “Morning Midas” adlı yük gəmisi yük daşıyarkən yanıb. Çin-Meksika reysində olan Liberiya bayraqlı gəmidəki yanğın sonrası 22 nəfərlik heyət təxliyə edilib, lakin alov söndürüldə bilməyib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin məlumatına görə, Gəmi üç həftə dənizdə sürükləndikdən sonra bu həftənin əvvəlində Alyaskadan 720 km aralıda, içindəki 3 min 48 avtomobillə birlikdə təxminən 5 min metr dərinliyə batıb.
London mərkəzli “Zodiac Maritime” şirkəti hadisə ilə bağlı araşdırma aparır. Gəmidə 1800 ton yanacağın olması ekoloji fəlakət riski yaradıb. Yanğının elektrikli avtomobillərdən qaynaqlandığı ehtimal olunur.
Bəsti Rəfizadə
Sfera.az