"Putinə dedim ki, köməyə ehtiyacım yoxdur" - Tramp

"Putinə dedim ki, köməyə ehtiyacım yoxdur" - Tramp

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı vəziyyətin həllində irəliləyiş olduğunu bildirib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o, NATO-nun Haaqa sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyini və münaqişə ilə bağlı son vəziyyəti müzakirə edəcəyini açıqlayıb.

 

“Mən Putinlə çoxsaylı danışıqlar aparmışam və o, olduqca mehriban davranır. Bildiyiniz kimi, o, mənə İranla bağlı yardım təklif edib. Amma mən ona bildirdim ki, İrana dair köməyə ehtiyacım yoxdur. Mənə Rusiya, daha dəqiq desək, Ukrayna münaqişəsinin həlli ilə bağlı yardım lazımdır”,- deyə Tramp bildirib.

 

ABŞ Prezidenti əlavə edib ki, Ukrayna lideri ilə “onun bəzi çətinliklərini” müzakirə edəcəklər.

 

Qeyd edək ki, Tramp ötən həftə də Rusiya və Ukraynanın müəyyən irəliləyiş əldə etdiyini bəyan etmişdi. Görüşün NATO sammiti çərçivəsində baş tutması gözlənilir və bu, Ukrayna böhranının diplomatik həlli istiqamətində növbəti mühüm addım kimi qiymətləndirilir.

 

Fidan Hacızadə

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

İrandan etiraf: “Nüvə obyektlərinə ciddi ziyan dəyib"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi ABŞ və İsrailin hücumları nəticəsində ölkənin nüvə obyektlərinə ciddi ziyan dəydiyini bildirib. Sfera...

Bakıda qəbirstanlıq yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbirstanlıq ərazisində yanğın olması barədə ilkin məlumat...

NATO sammiti gələn il Türkiyədə keçiriləcək

NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Haaqada keçirilən sammitin yekun bəyanatında deyilir. 2027-ci ...

Universitetlərlə bağlı YENİLİK – 4 illik təhsil tarixə QOVUŞUR...

Azərbaycanda ali təhsil müddətinin azaldılması, son dövrlərdə təhsil sahəsindəki əsas müzakirə mövzularından birinə çevrilib. Təhsil müddətinin qısaldılması, cə...

Asteroid Ayla toqquşacaq

2024-cü ilin sonunda kəşf edilən, 60 metr enindəki “2024 YR4” adlı asteroidin 2032-ci il dekabrın 22-də Yerə çırpılma ehtimalı əvvəlcə 3,1 faiz olar...

Müasir enerji layihələri milli təhlükəsizliyimizin gücləndirilməsinə xidmət edir

Enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün ölkələr tərəfindən prioritet vəzifələrdən biri kimi qiymətləndirilir. Qlobal təhlükəsizliyi təhdid edən yen...