İsraildən gözlənilməz qərar: Mərkəzi bank terror təşkilatı kimi tanındı

Kateqoriya məlum deyil
T
İsrail İranın Mərkəzi Bankını terror təşkilatı kimi tanıyıb.
Sfera.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katz “X” hesabında bildirib.
O, İranın Mərkəzi Bankını “terror qruplaşmalarına milyardların ötürülməsində” ittiham edib.
Nazir əlavə edib ki, İsrail İranın “şər şəbəkəsi”ni ifşa edərək məhv edəcək.






