Trampla Zelenski bu gün görüşə bilər

Trampla Zelenski bu gün görüşə bilər

ABŞ Prezidenti Donald Tramp bu gün Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

 

Sfera.az xəbər verir ki, bu barədə Ağ Evdəki mənbəyə istinadən ABŞ-nin “Politico” qəzeti yazıb. 

 

Görüş Haaqada hazırda davam edən NATO sammiti çərçivəsində baş tuta bilər.

 

Onu da qeyd edək ki, Zelenski də dünən öz növbəsində amerikalı həmkarı ilə görüşməyi planlaşdırdığını bildirmişdi.


OXŞAR XƏBƏRLƏR