BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Kateqoriya məlum deyil
T
Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır.
Sfera.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT nümayəndəsi bəyan edib.
BMT-nin Cenevrədəki İnformasiya Xidmətinin direktoru Alessandra Velluççinin dediyinə görə, BMT proqram üçün həlledici əhəmiyyət kəsb etməyən beynəlxalq əməkdaşların, eləcə də onların ailə üzvlərinin bir qismini müvəqqəti köçürmək qərarına gəlib.





