“İsraildən razı deyiləm” - Tramp

Dünya
16:13 / 24.06.2025
3397
ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəs rejiminin pozulması ilə bağlı ciddi narahatlığını ifadə edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun Haaqa sammitinə yola düşməzdən əvvəl çıxış edən Tramp həm İran, həm də İsrailin son davranışlarından “xoşbəxt olmadığını” bildirib.
Tramp xüsusilə İsrailə qarşı narazılığını açıq şəkildə dilə gətirib: “İsraildən razı deyiləm”, – deyə prezident vurğulayıb.
O, münaqişənin alovlanmasının qarşısını almaq üçün addımlar ata biləcəyini də istisna etməyib:
“Baxacağam, bunu dayandıra biləcəyəmmi”, – deyə əlavə edib.
Qeyd edək ki, Tramp administrasiyası son aylarda Yaxın Şərqdə gərginliyin artmasından narahatlığını dəfələrlə ifadə edib.
Fidan Hacızadə
Sfera.az