Merzdən İsrail-İran atəşkəsinə reaksiya

Dünya
15:15 / 24.06.2025
3627
Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə qətiyyətli hərbi zərbələrindən sonra uğur qazanarsa, bu, çox yaxşı hal olacaq.
Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
Merz çərşənbə axşamı NATO sammiti çərçivəsində amerikalı və avropalı tərəfdaşlarla vəziyyəti sabitləşdirməyin yollarını müzakirə edəcəyini bildirib.
Qeyd edək ki, bu gün İsraillə İran arasında atəşkəs əldə olunub.