32 yaşlı aktrisa illərdir bu xəstəlikdən əziyyət çəkir

32 yaşlı aktrisa illərdir bu xəstəlikdən əziyyət çəkir

Türkiyəli aktrisa Hayal Köseoğlu obsesiv-kompulsiv pozğunluqdan və təşviş pozuntusundan əziyyət çəkir.

 

Sfera.az xəbər verir ki, aktrisa bu barədə instaqram hesabında bildirib.

 

İzləyiciləri ilə problemlərini bölüşən 32 yaşlı aktrisa 10 ildir bu xəstəliklə mübarizə apardığını söyləyib.

 

O, son iki ilin onun üçün daha dəhşətli olduğunu və sağalması məqsədilə bütün maddi imkanlarını sərf etdiyini deyib. Həmçinin bu xəstəlikdən əziyyət çəkənlərə dəstək ola biləcəyini vurğulayıb.

 

Xatırladaq ki, Hayal Köseoğlu “Aşkı Memnu”, “Muhteşem Yüzyıl”, “Mucize doktor” kimi məşhur seriallarda rol alıb.

 




OXŞAR XƏBƏRLƏR